- Baxış sayı: 21
- 24 İyun 2026 21:21
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Azərbaycan kubokunun final oyunundakı həlledici qol Abdullah Zubir üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.
O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə gətirən qolun müəllifi olub. Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə fərqlənib.
Qeyd edək ki, Zubir 2018-ci ilin yayından “Qarabağ”da forma geyinir.