Ölkə kubokunun püşkü atılıb

Bu gün Azərbaycan kubokunda yeni mövsümünün püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirə 18 komanda qatılıb. Onlardan 8-i yüksək (“Qarabağ”, “Qəbələ”, “İnter”, “Sumqayıt”, “Kəpəz”, “Zirə”, “Neftçi”, “Səbail”), 10-u isə 1-ci divizion təmsilçi (“Sabah”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Ağsu”, “Mil-Muğan”, MOİK, “Şüvəlan”, “Zaqatala”, “Binə” və “Xəzər”) olub.

Premyer liqa klubları yarışa birbaşa 1/8 finaldan qatılacaq. Digərlərdən 4-ü 1/16 finalda 2 vəsiqə üçün mübarizə aparacaqsa, 6-sı 1/8 finaldan yarışa başlayacaq. 1/16 final mərhələsi oktyabrın 11-də, 1/8 final noyabrın 29-da keçiriləcək. Bu mərhələlərdə rəqiblər bir dəfə üz-üzə gələcək.

Azərbaycan kuboku
1/16 final (11 oktyabr)
1. “Ağsu” – “Mil-Muğan”
2. MOİK – “Turan Tovuz”

1/8 final (29 noyabr)
3. “Qəbələ” – 1-ci cütün qalibi
4. “Şüvəlan” – “Səbail”
5. “Zirə” – “Xəzər”
6. “Neftçi” – “Zaqatala”
7. 2-ci cütüm qalıbi – “İnter”
8. “Kəpəz” – “Binə”
9. “Qarabağ” – “Qaradağ Lökbatan”
10. “Sumqayıt” – “Sabah”

1/4 final (10-11/14-15 dekabr)
11. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
12. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
13. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

1/2 final (11/18 aprel)
15. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

Final (28 may)
17. 15-ci cütün qalibi – 16-cı cütün qalibi

Həmin kateqoriyadan