75-ci oyun, 40-cı sevinc

Azərbaycan kubokunun 1/4 finalında “Səbail” klubu ilə mübarizə “Zirə”nin tarixində 75-ci ev matçı olub. Allsport.az saytı xəbər verir ki, öz meydanında 53 premyer liqa, 15 1-ci divizion və 2 Avropa liqası görüşlərinə çıxan “qartallar” kubokda 5-ci dəfə rəqibini qəbul edib.

75-ci oyun, 40-cı qələbə ilə də əlamətdar olub. Bu qarşılaşmayadək, evdə 39 dəfə qalib gələn “Zirə” 1:0 hesablı qələbə ilə “40”a çatıb. Bunlardan 27-si ölkə çempionatı, 9-u 1-ci divizion, 3-ü Azərbaycan kuboku, 1-i avroliqaya təsadüf edib.

Həmin kateqoriyadan