8-ci tura “Keşlə-2”nin qələbəsiylə yekun vuruldu

Azərbaycan 1-ci divizionunda 8-ci tura yekun vurulub. 

Allsport.az xəbər verir ki, sonuncu oyun günündə 2 görüş keçirilib
 
“Sumqayıt”ın əvəzediciləri doğma meydanda “Səbail”in 2-ci komandasına 4:1 hesabı ilə qalib gəlib. “Neftçi”nin əvəzediciləri isə “Keşlə”nin 2-ci komandasına 0:1 hesabı ilə uduzub.
 
Sumqayıt-2” – “Səbail-2” – 4:1
Qol: 
Cavidan Abbaszadə, 11. Cəlal Cəbrayılov, 23. Samir İbrahimov, 76. Nicat Əliyev, 88 – Rasim Hasanov, 2.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30
 
Neftçi-2” – “Keşlə-2”- 0:1
Qol:
İbrahim Novruzov, 89.
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Elmin Süleymanov, Əli Əliyev
“Neftçi”nin bazası (4-cü meydança), 15:00

Həmin kateqoriyadan