İrfan Can Qəhvəçinin həbs olunmasını istəyirlər

8 yanvar 2023-cü ildə Kadıköydə oynanan “Qalatasaray” derbisində 69-da oyuna daxil olan İrfan Can 86-da qırmızı vərəqə görərək oyundan kənarda qaldı.

Allsport.az xəbər verir ki, iddiaya görə, atası Kazım Ünsalan və qızı Duyğu Lal ilə derbiyə baxan iş adamı Hürrəm Can Ünsalan tribunada ona yaxınlaşan Qəhvəçiyə “qırmızı vərəqə almağa utanmırsan?” dedi.

Futbolçunun “get özün oyna” deməsindən sonra ara qızışıb. İki nəfər arasında əlbəyaxa dava polisin gəlməsi ilə bitərkən, iş adamı işi prokurorluğa daşıyıb.

Yarımmüdafiyəçinin minlərlə insanın olduğu bir mühitdə söyüş söyərək Hürrəm Can Ünsalanın şərəf, namus və ləyaqətinə hücum etdiyi, futbolçunun “təhqir” cinayəti işlətdiyi və 2 ilə qədər həbs cəzası tələb olunduğu vurğulanıb.

Həmin kateqoriyadan