Abdulla Həsənov Budapeştdə

Məşqçimiz Abdulla Həsənov, Macarıstanın paytaxtı Budapeştdə Avropa qılıncoynatma konfederasiyasının həmrəylik proqramı çərçivəsində həyata keçirilən sablya məşqçiləri üçün təşkil olunmuş kursda iştirak edib.

Allsport.az xəbər verir ki “Ludovika” qılıncoynatma klubunun zalında keçirilən kurslarda Avropanın 7 ölkəsindən məşqçi İtaliya millisinin sablya üzrə sabiq baş məşqçisi Covanni Siroviç və Macarıstanın yeniyetmə sablyaçılardan ibarət yığmasının baş məşqçisi Sandor Neuholdun mentorluğu ilə qılıncoynatmaya yeni başlayan idmançıların səviyyəsini yüksəltmək üçün şəxsi təcrübələrini və müasir məşq üslublarını bölüşüblər.

3 gün davam edən təlimin yekununda iştirakçılara sertifikat verilib.

Həmin kateqoriyadan