Abdulla Ovçu Azərbaycan millisi üçün uyğundur?

Türkiyəli idman şərhçisi Məhməd Dəmirqol adı Azərbaycan millisi ilə hallanan Abdullah Ovçu haqda danışıb. Allsport.az xəbər verir ki, o, 56 yaşlı mütəxəssisin millidə necə çalışacağına dair şübhələrini dilə gətirib:

“Abdullah Ovçu qurucu məşqçidir, komandanı özü yaradır. Milli komanda bunun üçün uyğundurmu? Bilmirəm, buna əmin deyiləm. Ovçu maliyyə durumu yaxşı olan və özü istədiyi kimi qura biləcəyi bir Avropa klubunda uğurlu ola bilər”.

Mütəxəssis qışda “Beşikdaş” klubundan ayrılıb.

Həmin kateqoriyadan