- Baxış sayı: 26
- 25 May 2026 11:50
- Baxış sayı: 36
- May 25, 2026
- 0

Qış fasiləsində adı “Qarabağ”la hallanan “Fənərbağça”nın hücumçusu Alpər Potuq karyerasını “Göztəpə”də davam etdirə bilər. Allsport.az xəbər verir ki, İzmir klubu 29 yaşlı futbolçunun keçidi üçün hərəkətə keçib.
İstanbul təmsilçisi məvacibini 40 faiz aşağı saldığı oyunçunu satmaq istədiyi üçün transferin yayda həll olunacağı gözlənilir.
Alpər qış fasiləsində atasının İstanbulda müalicə almasına görə, “Qarabağ”la yanaşı, super liqanın bir neçə klubunun təklifini qəbul etməmişdi.