- Baxış sayı: 32
- 24 Aprel 2024 23:00
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda 1-ci divizonun 10-cu turu ilə bağlı aşağıdakı qərarlar verilib:
“Qaradağ Lökbatan” – “Qarabağ-2” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimə olunur;
“Kəpəz” – “Sabah-2” oyununda Gəncə klubunun futbolçusu Əli Səmədov qeyri-idman hərəkətinə görə 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komada 20 manat cərimələnir;
“Neftçi-2” – “Zaqatala” oyununda “qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komanda 80 manat ziyana düşüb.