AFFA 6 klubun 1-ci divizionda iştirakına icazə vermədi

“Füzuli”, “Ağsu Siti”, “Göyəzən”, “İrəvan”, “Qobustan” və “Bakılı” klubları 1-ci divizionda iştirak üçün AFFA-ya müraciətlər ünvanlayıb.

Allsport.az saytı xəbər verir ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb. Sənədlərə baxış keçirilən zaman, heç bir müraciətin AFFA və PFL tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyən olunub.

Beləliklə, sənədlər qaydalara uyğun şəkildə təqdim olunmadığı üçün, müraciət etmiş klubların 2022/2023 mövsümündə 1-ci divizionda çıxışı təmin olunmayacaq.

Həmin kateqoriyadan