AFFA “kimyaçılar”ı 1600 manat cərimələyib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra premyer liqanın 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Səbail” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Sabah” matçının 90+1-ci dəqiqəsində debütantın futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.

“Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “kimyaçılar”ın azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.

Həmin kateqoriyadan