Gümüş medal qazandılar

Gümüş medal qazandılar

Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Selcan Mahsudova və Maqsud Mahsudov Nankində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıblar.

Allsport.az xəbər verir ki, bacı-qardaş dueti batut gimnastikasında qarışıq sinxron proqramın finalında 52.010 xal toplayaraq ikinci yeri tutublar.

Bu nəticə ilə Selcan və Maqsud qarışıq sinxron proqramda dünya çempionatının gümüş medalını qazanan ilk Azərbaycan təmsilçiləri olublar.

Belarus gimnastları qızıl, Yaponiya təmsilçiləri isə bürünc medal qazanıblar.

Həmin kateqoriyadan