- Baxış sayı: 47
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinin əsas komandasına ilk dəfə dəvət alması ilə bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə əsas milliyə çağırılmasından böyük sevinc hissi keçirdiyini bildirib.
O, bu dəvətin uzun illər arzuladığı hadisə olduğunu vurğulayıb:
“İlk növbədə təbriklərə görə təşəkkür edirəm. Əlbəttə, ilk dəfə milliyə dəvət almağıma görə hədsiz dərəcədə sevinirəm və xoşbəxtəm. Hazırda yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Çünki bu, bütün həyatım boyu arzuladığım bir an idi. Bunun üçün çalışmış, inanmış və bu günə çatmağa can atmışam. Şükürlər olsun ki, arzum gerçəkləşdi. İndi komandaya qoşulacağım və bunun həqiqətən baş verdiyini hiss edəcəyim anı səbirsizliklə gözləyirəm”.
Kaşuk milliyə dəvət almasında “Qarabağ”dakı çıxışının mühüm rol oynadığını qeyd edib:
“Əlbəttə ki, 100 faiz. Hər şey klubda özümü necə göstərməyimdən asılıdır. Komandam qələbə qazanarsa və mən də bu uğurlara töhfə verərsəm, bunun mütləq qarşılığını görəcəyəm. Bilirdim ki, məni izləyirlər. Sadəcə meydanda özümü sübut etməli və bacarığımı göstərməli idim ki, bu şansı qazanım. İndi isə yaranmış fürsətdən maksimum yararlanmaq istəyirəm”.
Ukrayna millisinin qarşıdakı oyunlarından da danışan yarımmüdafiəçi debüt etmək arzusunda olduğunu gizlətməyib:
“Qarşıdakı iki oyunda mütləq qələbə qazanmalıyıq. Ölkəmizi layiqincə təmsil etmək və yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, bu formanı geyinməyi və komandama maksimum fayda verməyi çox istəyirəm. Ümid edirəm, hər şey arzuladığım kimi olacaq. Bunun üçün əlimdən gələni edəcəyəm”.
26 yaşlı futbolçu sonda “Qarabağ” azarkeşlərinə də müraciət edib:
“Azarkeşlərə demək istəyirəm ki, onların dəstəyini hiss edir, bizdən qələbələr gözlədiklərini və bunu nə qədər çox arzuladıqlarını bilirik. Hazırda hamımızın ortaq bir məqsədi var – çempion olmaq. Bu məqsədə çatmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Əminəm ki, hər şey öz yoluna düşəcək. Sadəcə bir az səbir və inam lazımdır”.