“Oyunumuz və inkişafımız göz qabağındadır”

“Oyunumuz və inkişafımız göz qabağındadır”

“Şəfa” premyer liqanın XI turunda öz meydanında “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Zaur Həşimov bunu deyib:

“Əvvəlcə zəfər günü münasibətiylə hər kəsi təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram.

Oyuna gəldikdə, düşünürəm ki, yaxşı və dinamik alındı. Çoxlu epizod yaratdıq və 2 qol vurduq. Təəssüf ki, fərdi səhvlərdən də yenə 2 top buraxdıq. Amma hər halda, düşünürəm ki, oyunumuz və inkişafımız göz qabağındadır”.

Həmin kateqoriyadan