- Baxış sayı: 42
- 08 Noyabr 2026 11:18
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan millisinin üzvü Tofiq Əliyev Nankində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, fərdi proqramda mübarizə aparan idmançı final mərhələsində 29.700 xal toplayaraq ikinci yeri tutub.
Bu, Tofiq Əliyevin karyerasında fərdi proqram üzrə dünya çempionatında qazandığı ilk gümüş medaldır.
Finalda Portuqaliya təmsilçisi Vasko Peso qızıl, ABŞ gimnastı Kaden Braun isə bürünc medala sahib olub.