- Baxış sayı: 47
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Liverpul”, “Vulverhempton” və “Everton”un sabiq futbolçusu Konor Koudi peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, İngiltərə millisinin keçmiş müdafiəçisi 33 yaşında futboldan ayrılmaq qərarına gəlib.
Təcrübəli futbolçu avqustun 31-də “Reksem”lə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdikdən sonra klubsuz qalmışdı.
“Liverpul”un yetirməsi olan Koudi əsas komandada iki oyun keçirib. Daha sonra “Şeffild Yunayted”, “Haddersfild”, “Vulverhempton”, “Everton”, “Lester”, “Reksem” və “Çarlton” klublarının formasını geyinib.