“Fasilədən faydalanmağa çalışacağıq”

“Fasilədən faydalanmağa çalışacağıq”

“Turan Tovuz” premyer liqanın XI turunda səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Qurban Qurban bunu deyib:

“Bu, “Zəfər turu”dur. İgidlərimizin böyük zəfəri münasibətilə xalqımızı təbrik edirəm. Həqiqətən də, qürurlu günlər idi. O ki qaldı bugünkü oyuna, daha yaxşı ola bilərdik. Qalib gəlmək istəyirdik. Futbolçuların məsuliyyətindən, matça yanaşmasından razı qaldım. Düşünülmüş yaxşı hücumlarımız oldu, texniki səhvlər az idi. Çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxan kollektivlə qarşılaşırdıq. Nəticəyə baxmayaraq, yolumuza davam edəcəyik. Stadionda gözəl futbol atmosferi yaratdıqları üçün azarkeşlərə təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Yaranacaq fasilədən faydalanmağa çalışacağıq”.

Həmin kateqoriyadan