- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda premyer liqanın 18-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar verilib:
“Neftçi” – “Sabah” oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibi klub 4000 manat cərimə olunub.
“Sumqayıt” – “Zirə” oyununda əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibi klub 800 manat cərimə olunub.