AFFA nümayəndələri və hakim inspektorlar üçün danışılmış oyunlarla bağlı məşğələ

AFFA-nın inzibati binasında premyer liqasına və 1-ci divizion oyunlarına təyinat alan AFFA nümayəndələri və hakim inspektorlar üçün ayrı-ayrılıqda danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Toplantıda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. 

Həmin kateqoriyadan