Aftandil Hacıyev: “Qol buraxdıqdan sonra daha əzmkar oynamağımız başadüşüləndir”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 18-ci turunda “Keşlə”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 1:1 hesabı ilə bitən matçı şərh edib:

“Bilirdik ki, rəqib yeni baş məşqçi ilə yeni dönəmə qədəm qoyub. Sənan Qurbanovu istəkli komanda düzəltməsi münasibəti ilə təbrik edirəm. Qarşılaşma əsəbi keçdi. Bu da turnir cədvəlindəki mövqelərimizdən irəli gəlirdi. Artıq neçənci oyundur ki, hücumda xeyli qol epizodu yaradırıq.

“Qarabağ” kimi rəqiblə belə, 3-4 fürsətimiz oldu. Bəlkə də son nöqtəni qoymağa ustalıq səviyyəmiz çatmadı. Bu gün də 5-6 epizodu boşa verdik. Mudafiədəki səhvləri də minimuma endirmişik. Sevindirici hal budur ki, məğlubiyyətdən qaçmağı bacardıq. Qol buraxdıqdan sonra daha əzmkar oynamağımız başadüşüləndir. Futbolçulara belə əzmkarlığa görə təşəkkür edirəm. Növbəti oyuna hazırlaşacağıq”.

Həmin kateqoriyadan