Aftandil Hacıyev: “Vəziyyəti yaxşılaşdırmaq olar”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında evdə “Zirə” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

“Qış fasiləsinə yaxınlaşırıq. Çempionatda durumumuz yaxşı deyil. Amma qarşıda 3-cü və 4-cü dövrə var. Vəziyyəti yaxşılaşdırmaq olar. Kubok isə iki matçdan ibarətdir. Qol şansından istifadə edə bilsəydik, cavab oyununa üstün yollana bilərdik. Amma həvəsdən düşmək olmaz. Hər iki komanda yaxşı çıxış etdi. Komandalar ehtiyatlı idi və qol buraxmaq istəmirdi. Futbolçular ara-sıra yaxşı hücum təşkil etdilər. Amma bu, kifayət etmədi. Hücumlar etdik, 90 dəqiqə ərzində fürsətlərdən yararlanmağa çalışdıq”.

Həmin kateqoriyadan