“Ağır olacağını təxmin edirdik”

Premyer liqanın 21-ci turunun “Zirə” – “Qəbələ” oyunundan (2:2) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 43 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Maraqlı və intensiv oyun alındığını düşünürəm. Hər iki komanda qalib gəlməyə layiq idi. Belə matçlar nə qədər çox olsa, çempionatımızda keyfiyyət də görünəcək. Ağır olacağını təxmin edirdik. İki əsas müdafiəçimiz yox idi.

Qarşılaşmaya iki gün qalmış Məqsəd İsayevlə İsnik Aliminin sağlamlığında problem yaranmışdı. Görüşə də hərarətlərini aşağı salaraq çıxmışdılar. Komandaya təşəkkür edirəm, əzmkarlıq göstərdi və layiqli xal qazandı.

Futbol mübarizəni sevir. Bütün oyunçular da bundan çəkinmirdilər. Belə mübarizələr çox olmalıdır ki, oyunçular da iştirak etsinlər”. 

Həmin kateqoriyadan