“Aqolli mənə bəzi məsləhətlər verdi”

“Qarabağ”ın albaniyalı yeni transferi Redon Cica ölkəsinin mətbuatına açıqlama verib. Allsport.az xəbər verir ki, “Panorama” TV-yə danışan 24 yaşlı yarımmüdafiəçi Bakıya tez uyğunlaşacağını deyib:

“Dünən gəlmişəm, ölkəyə alışıram. Yaxşıyam, inanıram ki, çox tez uyğunlaşacam. Düzünü desəm, bu transfer baş tutana və menecerlərim “Qarabağ” haqda mənə deyənə qədər, çox şeyi bilmirdim.

“Tirana”da hamı mənim adıma sevindi. Son gün məşqçi ilə görüşdüm və mənə ən xoş arzularını bildirdilər. Məşqçi dedi ki, “get, sənə uğurlar arzulayıram və bir neçə ildən sonra Albaniyaya qayıtma. Onlar olmasaydı, mən bu qədər inkişaf etməzdim. Onların sayəsində diqqət çəkdim və transferim baş tutdu”.

Cica “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli ilə söhbətindən də danışıb: “Aqolli ilə danışdım və uzun söhbətim olmadı. Məni təbrik etdi və bəzi məsləhətlər verdi. Göünən odur ki, “Qarabağ”da əfsanə olub”.

Həmin kateqoriyadan