Ardıcıl 3-cü dəfə! Sablyaçımız Tokio-2020-yə vəsiqə qazandı

İspaniya paytaxtı Madriddə qitə olimpiya təsnifatında sablyaçımız Anna Başta uğurlu çıxış edib.

Allsport.az saytı xəbər verir ki, Qrupda 6 görüşdən 3-nü qalib başa vuran qılıncoynadanımız, pley-ofun ilk görüşündə terli Arakelli Navarranı 15:14, sonra gürcüstanlı Teodora Kakianini 15:10 üstələyib.

Yarımfinalda polşalı Silviya Matuzjakla aman verməyən (15:11) idmançımız, finalda almaniyalı Anna Limbaxı 15:13 məğlub edərək, yarışın qalibi olub və Tokio-2020-yə vəsiqə qazanıb.

Müstəqilliyimizdə öncəki 2 olimpiadada Azərbaycan qılıncoynatmanın bu növündə Səbinə Mikina ilə təmsil olunub. Sidney-2000 və Pekin-2008-də sükut olsa da, daha öncə Atlanta olimpiadasında Elxan Məmmədov, Afina-2004-də Yelena Jemayeva sablyada çıxış edib.

Həmin kateqoriyadan