“Aslanlar” Ayxanı icarəyə götürüb

“Aslanlar” Ayxanı icarəyə götürüb

Türkiyə superliqasının öncülü “Qalatasaray” qış fasiləsində heyətini daha gücləndirmək məqsədi ilə İtaliya “A” seriyasından Kaan Ayxanı icarəyə götürüb. “Sassuolo”nun futbolçusu cari mövsümün sonuna kimi İstanbulda qalacaq.

“Sarı-qırmızılar”ın 2 milyon 800 min avroqarşılığında 28 yaşlı müdafiəçini birdəfəlik almaq hüququ var. Türkiyə millisinin üzvü Aımaniya futbol məktəbinin yetirməsidir. “Sassuolo”da 2020-ci ildən çıxış edir.

Həmin kateqoriyadan