“Qayıtmağın vaxtı idi”

“Qayıtmağın vaxtı idi”

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo peşəkar futbola qayıdıb.

Allsport.az xəbər verir ki, “Ravenna”da çıxış edən yarımmüdafiəçi İtaliya “C” seriyasında “Forli”yə qarşı keçirilən matçda (2:0) meydana çıxıb.

46 yaşlı futbolçu qarşılaşmadan sonra təəssüratlarını bölüşüb:

“Rəsmi oyunda yenidən meydana çıxdığım üçün çox xoşbəxtəm. Qayıtmağın vaxtı idi. Dolmuş stadionda komanda yoldaşlarımla birlikdə belə gözəl gün yaşamaq çox xoş oldu. Bu, inanılmaz hisslər idi. Həyatımın xüsusi anlarından biridir. Bu axşam üçün hər kəsə təşəkkür etmək istəyirəm”.

Həmin kateqoriyadan