- Baxış sayı: 82
- 12 Noyabr 2026 18:45
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Gənclər arasında cüdo üzrə dünya çempionatına yollanacaq Azərbaycan milli komandasının üzvləri ilə federasiya rəhbərliyi arasında görüş təşkil olunub.
Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmanın məşqçi heyətinin qatıldığı tədbirdə qarşıdakı mundiala hazırlıq məsələləri müzakirə edilib.
Görüş əsnasında gənc idmançılara böyük etimad göstərildiyi diqqətə çatdırılıb, onlara tatamidə yüksək əzmkarlıq, intizam və məsuliyyət nümayiş etdirərək hər qarşılaşmaya maksimum diqqətlə yanaşmaq tövsiyə olunub. Federasiya rəsmiləri cüdoçularımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə inandıqlarını bildirərək onlara uğurlar arzulayıblar.
Xatırladaq ki, noyabrın 19-dan 22-dək Daşkənddə baş tutacaq dünya çempionatında Azərbaycan millisi 10 çəki dərəcəsində ümumilikdə 14 idmançı (9 oğlan, 5 qız) ilə mübarizə aparacaq.