Respublika velotrekində maarifləndirici və idman tədbirləri keçirilib

Respublika velotrekində maarifləndirici və idman tədbirləri keçirilib

Allsport.az xəbər verir ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped növünə marağın artırılması və təhlükəsiz idman mühitinin formalaşdırılması məqsədi daşıyan tədbirdə çıxış edən qurumun baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin onların bu sahəyə cəlb olunması, müvafiq infrastrukturla tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.

O, AzVİF-in gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.

Sonra federasiyanın “Təhlükəsiz idman” üzrə məsul şəxsi Vüsal Baloğlanov tərəfindən tədbir iştirakçıları üçün velosiped növündə beynəlxalq “Təhlükəsiz idman” mövzusuna həsr olunmuş maarifləndirici təlim keçirilib. Bu zaman idmançıların hüquqlarının qorunması, təhlükəsiz mühitin təmin edilməsi və müvafiq davranış qaydaları barədə məlumat verilib.

Proqram çərçivəsində təşkil olunan infoturda gənclər respublika velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.

Həmin kateqoriyadan