Tarixi rekorda imza atıb

Tarixi rekorda imza atıb

“Los Anceles”in qapıçısı Uqo Lyoris peşəkar səviyyədə 1 000 oyun keçirib.

Allsport.az xəbər verir ki, o, buna nail olan ilk fransız futbolçu olub.

39 yaşlı qapıçı “Los Anceles Qalaksi” komandasına qarşı əlamətdar oyununu keçirib. MLS çempionatının matçı 2:2 hesabı ilə başa çatıb.

Lyoris Fransa milli komandasında 145 və əlavə 856 klub oyunu keçirib. O, ABŞ-yə köçməzdən əvvəl 2012-ci ildən 2023-cü ilə qədər “Nits”, “Lion” və “Tottenhem”də çıxış edib.

Xatırladaq ki, qapıçı milli komanda ilə 2018-ci ilin dünya çempionatını qazanıb.

Həmin kateqoriyadan