AVF rəsmisinə yeni təyinat

AVF rəsmisinə yeni təyinat

Azərbaycan voleybol federasiyasının (AVF) kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

Allsport.az xəbər verir ki, o, Avropa voleybol konfederasiyası (CEV) tərəfindən kişi voleybolçular arasında keçirilən Çelenc kubokunun 1/32 final mərhələsinin qarşılaşmasına supervayzer təyin olunub.

Noyabrın 18-də Yunanıstanda keçiriləcək oyunda yerli “OFİ Crete” komandası Almaniyanın “Helios Grizzlys Giesen” klubu ilə üz-üzə gələcəklər.

Qarşılaşmanı türkiyəli Məryəm Təkol Pələng və serbiyalı Aleksandra Balanziç idarə edəcəklər.

Həmin kateqoriyadan