“Onu aldatdılar, hörmət göstərmədilər”

“Onu aldatdılar, hörmət göstərmədilər”

Kriştianu Ronaldunun anası Dolores Aveyro Portuqaliya millisinin Danimarkaya 1:4 hesabı ilə məğlub olmasına sevindiyini bildirib.

Allsport.az xəbər verir ki, o, açıqlamasında oğlunun yığmada layiq olduğu hörməti görmədiyini deyib:

“Onu aldatdılar, hörmət göstərmədilər. Hətta komanda yoldaşları da bunu etmədi. Təltifetmə mərasimi onun iştirakı ilə keçirilməli idi. Ona əsl ehtiramı “Sportinq”də göstərəcəklər. Çünki burada onun qədrini bilirlər”.

Portuqaliya UEFA millətlər liqasının “A” liqasının 4-cü qrupunda Danimarkaya doğma meydanda 1:4 hesabı ilə uduzub.

Həmin kateqoriyadan