14-cü oldular

14-cü oldular

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Qahirədə keçirilən dünya kubokunun mərhələ yarışında çıxışını 14-cü pillədə başa vurub.

Allsport.az xəbər verir ki, yarışda 22 komanda mübarizə aparıb.

Zərifə Hüseynova, Səbinə Kərimova, Anna Başta və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Türkiyə yığmasını 45:30 hesabı ilə məğlub edib. Lakin millimiz ən güclü səkkizliyə yüksəlmək uğrunda ABŞ-a 36:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Çin yığmasına 34:45 hesabı ilə məğlub olan sablyaçılarımız İspaniya millisini 45:29 hesabı ilə üstələyib. Son qarşılaşmada isə Ukrayna yığmasına 36:45 hesabı ilə uduzublar.

Fərdi yarışda Azərbaycan millisinin üzvü Anna Başta 180 iştirakçı arasında 16-cı yeri tutaraq ən yaxşı nəticəyə imza atıb. Qrup mərhələsində 4 qələbə qazanan idmançımız pley-offda Polşa və ABŞ təmsilçilərini məğlub edərək 64-lüyə yüksəlib. Daha sonra Macarıstan və Çin sablyaçılarına qalib gələn Başta 1/8 finalda Rusiya təmsilçisi Yana Yeqoryanla qarşılaşıb və 11:15 hesabı ilə məğlub olub.

Digər təmsilçilərimizdən Palina Kaspiaroviç 32-liyə, Səbinə Kərimova isə 64-lüyə qədər irəliləyib. Zərifə Hüseynova mübarizəni pley-off mərhələsində dayandırıb.

Yeniyetmələrin IV yay olimpiya oyunlarında qılıncoynatmanın sablya növündə Azərbaycanı təmsil edən Abbas Hüseynov fərdi yarışda 6-cı yeri tutub.

Həmin kateqoriyadan