Şəxsi rekordunu yeniləyib

Şəxsi rekordunu yeniləyib

Norveç millisinin hücumçusu Erlinq Holand UEFA millətlər liqasının tarixində vurduğu qolların sayına görə şəxsi rekordunu yeniləyib.

Allsport.az xəbər verir ki, forvard noyabrın 14-də Uelsə qarşı keçirilən ev oyununda (3:1) penaltini dəqiq yerinə yetirərək turnirdəki 21 matçda vurduğu topların sayını 23-ə çatdırıb.

Norveçli futbolçunun ən yaxın izləyiciləri hərəyə 15 qol vuran serbiyalı Aleksandr Mitroviç və artıq yığma karyerasını başa vurmuş portuqaliyalı Kriştianu Ronaldudur.

Bu, 26 yaşlı hücumçunun Norveç yığmasında keçirdiyi 60 oyunda vurduğu 66-cı top olub. O, milli komandanın bütün tarixi ərzində ən yaxşı bombardiridir.

5 turdan sonra 6 xal toplayan norveçlilər qrup mərhələsini noyabrın 17-də Danimarkaya qarşı keçirəcəkləri səfər matçı ilə başa vuracaqlar.

Həmin kateqoriyadan