- Baxış sayı: 63
- 16 Noyabr 2026 12:45
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

2027-ci il mayın 9-13-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan velosiped yarışına hazırlıqla əlaqədar yol infrastrukturunun vəziyyəti Azərbaycan velosiped idmanı federasiyası (AzVİF) və Azərbaycan avtomobil yolları dövlət agentliyinin (AAYDA) İdarə heyətinin rəhbər vəzifəli şəxsləri ilə ətraflı müzakirə edilib.
Allsport.az xəbər verir ki, AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov Azərbaycanın müasir və inkişaf etmiş yol infrastrukturuna malik olduğunu vurğulayaraq bildirib ki, beynəlxalq velosipedçilər ittifaqı (UCİ) yarışların təşkili zamanı yolların keyfiyyətinə və təhlükəsizlik tələblərinə xüsusi önəm verir. O qeyd edib ki, bu ilin mayında keçirilmiş turnirdə iştirak edən xarici idmançılar, komandalar və rəsmi şəxslər ölkənin yol infrastrukturunu yüksək qiymətləndiriblər.
Bununla yanaşı, bəzi marşrutlarda, xüsusilə də onların işğaldan azad olunmuş, bərpa-təmir işləri hələ tam başa çatdırılmamış hissələrində müəyyən çatışmazlıqların olduğu da aşkarlanıb.
Yarışın hər bir mərhələsinin marşrutları nəzərdən keçirilərkən AAYDA idarə heyətinin sədr müavini Əli Hacıyev və qurumun nəqliyyat infrastrukturunun istismarı və təmiri departamentinin müdiri Şahin Mustafayev son bir neçə ayda yağan güclü yağışlar nəticəsində yolların bəzi hissələrinə ziyan dəydiyini diqqətə çatdırıblar. Ortaya çıxmış problemlərin aradan qaldırılması və ya bəzi marşrutlara dəyişikliklər edilməsi üçün AAYDA və AzVİF əməkdaşlarının birlikdə bütün yollara bir daha yerində baxış keçirmələri və bundan sonra konkret qərarlar verilməsi barədə razılığa gəlinib.