Katalanlar üçün bəd xəbər

Katalanlar üçün bəd xəbər

“Barselona”nın müdafiəçisi Pau Kubarsi İspaniya millisinin heyətində aldığı zədə səbəbindən la liqanın 13-cü turunun “Vilyareal”la matçını buraxa bilər.

Allsport.az xəbər verir ki, 19 yaşlı arxa xətt oyunçusunda qarın-bel əzələsinin həddindən artıq gərginliyi aşkar olunub.

Tibb heyəti noyabrın 22-nə nəzərdə tutulan görüşdə futbolçunun iştirak edib-etməyəcəyini dəqiqləşdirmək üçün ətraflı müayinələr aparacaq.

Millətlər liqasında Çex Respublikası ilə matçda 90 dəqiqə oynayan Kubarsi İngiltərə ilə görüşdə yalnız birinci taym meydanda qalıb və həmin vaxt zədələnib.

Həmin kateqoriyadan