- Baxış sayı: 64
- 15 Noyabr 2026 17:42
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bakıda bədii gimnastika üzrə “Qış nağılı” beynəlxalq turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, yarış dekabrın 4-6-da milli gimnastika arenasında təşkil olunacaq.
Turnirdə gənc idmançılar məharətlərini nümayiş etdirərək zəriflik, çeviklik və bədii ifadə imkanlarını birləşdirən maraqlı nömrələrlə tamaşaçıların qarşısına çıxacaqlar.
“Qış nağılı” beynəlxalq yarışı xarici ölkələrin müvafiq federasiyalarının, klubların və yerli ictimaiyyətin iştirakı ilə gimnastların təcrübə mübadiləsi aparmasına, bacarıqlarını inkişaf etdirməsinə və beynəlxalq arenada özlərini göstərməsinə şərait yaradacaq.