Dünya çempionu vəfat edib

Dünya çempionu vəfat edib

Braziliya futbolunun əfsanəvi simalarından biri, DÇ-1958-in qalibi Dino Sani 94 yaşında dünyasını dəyişib. Allsport.az xəbər verir ki, yerli federasiya rəsmi açıqlamasında sabiq yarımmüdafiəçinin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib:

“Braziliya futbol konfederasiyası DÇ-1958-in qalibi qalibi olaraq ölkəmizə ilk çempionluğu qazandıran milli komandanın üzvü Dino Saninin vəfatından dərin kədər hissi keçirir.

Dino Sani özündən sonra zəngin irs və Braziliya futbolunun yaddaşında əbədi yaşayacaq bir tarix qoyub. Onun ailəsinə, dostlarına və azarkeşlərinə səmimi başsağlığı veririk”.

Həmin kateqoriyadan