Avropa birinciliyinə tam heyətlə

Sabah Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək. Allsport.az saytı xəbər verir ki, yarışda 33 ölkənin 254 idmançısının iştirak etməsi gözlənilir. 13 çəki dərəcəsi üzrə keçiriləcək qitə birinciliyində milli komandamız tam tərkibdə mübarizə aparacaq. Baş məşqçi Rasim Məmmədovun rəhərliyi ilə Anapada 13 boksçumuz rinqə çıxacaq.

Milli komandamızın tərkibinə Ruslan Rüstəmov (46 kq), Malik Həsənov (48 kq), Sərxan Əliyev (50 kq), Ramazan Abdullayev (52 kq), Süleyman Məhərrəmov (54 kq), Bəxtiyar Qazıbəyov (57 kq), Seymur İsayev (60 kq), Pərviz Quliyev (63 kq), Elxan Əliyev (66 kq), Rasim Çobanlı (70 kq), Nurlan Qurbanlı (75 kq), Şamil Səfərəliyev (80 kq) və Məhəmməd Abdullayev (+80 kq) daxil ediliblər.

Avropa birinciliyində ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək. “Vityaz” İdman Sarayında keçiriləcək yarışa noyabrın 8-də yekun vurulacaq.

Həmin kateqoriyadan