Avropa çempionatında uğursuz

Estoniyanın paytaxtı Tallində qılıncoynatma üzrə Avropa çempionatında yeniyetmələrin mübarizəsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sablyaçı qızların komanda yarışında Zərifə Hüseynova, Fərəh Abbasova, Fidan Quliyeva və Valentina Zeynalovadan ibarət millimiz ilk görüşündə Yunanıstana 45:36 qalib gəlib, yarmfinal uğrunda Rumıniya komandasına 31:45 olub.

Sablyaçı oğlanların komanda yarışında Abbas Hüseynov, Rəsul Əliyev və Timur Hüsnəddinovdan ibarət millimiz ilk görüşündə Estoniyaya 14:45 hesabı ilə məğlub edib. Yığmamız növbəti görüşündə Türkiyə komandasına 34:45 hesabı ilə uduzub.

Yeniyetmə qız şpaqaçıların komanda yarışında Xədicə Həsənli, Aynur Quliyeva və Nəzrin Mehdiyevadan ibarət yığmamız Polşanı təmsil seçmə kollektivə 35:44 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan