Avropa Oyunlarının qılıncoynatma növündə hakimimiz kim olacaq?

Gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarının qılıncoynatma növündə 1 hakimlə də təmsil olunacağıq. Bu barədə xəbəri allsport.az saytına AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədov verib.

Onun sözünə görə, Bakı-2015-də ədaləti bizdən beynəlxalq dərəcəli referi Fikrət Vəliyev qoruyacaq. Nəzərinizə çatdıraq ki, adı çəkilən mütəxəssis hakimliklə yanaşı, sablyaçılardan ibarət mili komandamızın baş məşqçisidir.

Həmin kateqoriyadan