Avropa qızıl liqasına hazırlıq. Faiq Qarayev milli üzvlərinə nə dedi?

Qadın voleybolçulardan millimizin Avropa qızıl liqasına hazırlıqlarına start verilib. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib. GİN-in voleybol mərkəzində bu gün baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.

Millimizin baş məşqçisi Faiq Qarayev hər kəsi salamlayıb, qızlara uğurlar arzulayıb. O bu gündən məşqlərə start verildiyini bildirib və yarışa hazırlıq haqqında ətraflı bilgi verib, bir neçə gün komandanın Bakıda məşq edəcəyini, sonra isə təlim-məşq toplanışına yollanacağını deyib.

Sonra millinin oyunçuları Katerina Jidkova və Aynur İmanova çıxış ediblər. Voleybolçularımız yarışda yüksək səviyyədə çıxış etmək üçün əllərindən gələni edəcəklərini bildiriblər və hər kəsə uğurlar arzulayıblar. Yığmamızın yekun heyətilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Həmin kateqoriyadan