Axtardığını İtaliya “A” seriyasında tapıb

“Qalatasaray”da qapıçı axtarışları davam edir. Allsport.az saytı xəbər verir ki, “sarı-qırmızılılar” siyahısına “Verona”da çıxış edən Lorenso Montiponu da daxil edib. “Cimbom” bu transferdə Nikolo Caniolo tarifini tətbiq edəcək.

Fernando Musleraya alternativ axtaran İstanbul komandasında hərəkətlilik sürətlənib. Yerlilərə üstünlük verilsə də, transferdə istənilən nəticə alınmayıb. Günay Güvenc və Ərcə Qardaşların nəbzini hiss edən “aslanlar” gözlədiyi dönüşü ala bilməyib. Baş məşqçi Oqan Buruqun istəyinə uyğun rəhbərlik təmaslarını artırıb.

Montipo bu mövsüm İtaliya “A” seriyasında çıxışı ilə diqqət çəkir. Qurtarışlar ilə heyrətləndirən qapıçını bir çox klubu izləyir. Bu komandalardan biri də İngiltərə premyer liqasından “Bornmut”dur.

Həmin kateqoriyadan