“Ay-ulduzlu” qızlarımız Macarıstan millisi ilə səfərdə heç-heçə edib

Bu gün qadın futbol millimiz Avropa çempionatının seçməsində “B” liqasının 1-ci qrupunda ilk matçını keçirib.

Allsport.az saytı xəbər verir ki, Szeged şəhərindəki “Szent Gellert Forum” stadionunda Macarıstan yığması ilə görüş 1:1 hesabı ilə başa çatıb.

Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.

“Ay-ulduzlu” qızlar növbəti oyununu aprelin 9-da saat 16:00-da “Dalğa arena”da İsveçrəyə qarşı keçirəcək.

Həmin kateqoriyadan