“Ay-ulduzlular”ın Bakı heyəti

Türkiyə millisinin AÇ-2020 üçün geniş heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, baş məşqçi Şənol Günəş 30 futbolçuya dəvət göndərib:

Qapıçılar: Mərt Günok (“Başağşəhər”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbağça”), Gökhan Akkan (“Rizəspor”);

Müdafiəçilər: Mərt Zəki Çelik (“Lill”, Fransa), Mərt Müldür, Kaan Ayhan (hər ikisi “Sassuolo”, İtaliya), Mərih Dəmiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester” İngiltərə), Umut Meraş (“Havr”, Fransa), Rıdvan Yılmaz (“Beşikdaş”);

Yarımmüdafiəçilər: Mahmud Təkdəmir (“Başağşəhər”), Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşikdaş”), Ozan Tufan, İrfan Can Kahveci (hər ikisi “Fənərbağça”), Orkun Kökçü (“Feyenoord”, Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), Hakan Çalhanoğlu (“Milan”, İtaliya);

Hücumçular: Çingiz Ündər (“Lester”, İngiltərə), Efecan Karaca (“Alanyaspor”), Halil Akbunar (“Göztəpə”), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu, Halil İbrahim Dervişoğlu (hər ikisi “Qalatasaray”), Burağ İlmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kənan Karaman (“Fortuna”, Almaniya).

Türkiyə yığması “A” qrupunda İtaliya, Uels və İsveçrə ilə mübarizə aparacaq. “Ay-ulduzlular” Uels və İsveçrə ilə oyunlarını Bakı olimpiya stadionunda keçirəcək.

Həmin kateqoriyadan