Ayxan Abbasov 100-ə çatdı

“Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov premyer liqada baş məşqçi kimi 100-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, bu, XIX turun “Sabah” – “Sumqayıt” matçına (1:1) təsadüf edib.

Hesabında eyni sayda – 35 qələbə və məğlubiyyət olan mütəxəssis yubiley matçında yubiley – 30-cu heç-heçəsinə nail olub.

Abbasov premyer liqada iki kluba rəhbərlik edib. O, 2017-18-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.

Onun çempionatda baş məşqçi kimi debütü 2016/17 mövsümünün ikinci yarısına təsadüf edib. 2017-ci il yanvarın 29-da “Zirə” öz meydanında AZAL-a 2:1 hesabı ilə qalıb gəlib.

Həmin kateqoriyadan