- Baxış sayı: 36
- 29 Mart 2023 20:19
- Baxış sayı: 45
- Mart 29, 2023
- 0
“Turan Tovuz” premyer liqanın 11-ci turunda səfərdə “Qarabağ”a 0:3 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu deyib:
“”Qarabağ”la səfərdə oynamaq çətindir. Futbolçularım sona qədər vuruşdular. İnkişaf etmək üçün belə oyunlar bizim üçün vacibdir. Gənc futbolçularımız belə 90 dəqiqə yaşamalıdırlar.
Qarşıdan çətin oyunlar gəlir. Bu oyunlara hazırlaşacağıq. Bəzi mövqelərimiz var ki, zədə səbəbindən çətinliklər yaşayırıq. Qış fasiləsinə qədər səbrli olmalıyıq. Qarşıdakı oyunlara hazırlaşacağıq”.