“Bavariya” ilə aramızda uçurum var”

“Bavariya” ilə aramızda uçurum var”

Almaniyanın “Borussiya” futbol klubunun prezidenti Hans-Yoahim Vatske komandanın yeni mövsümdəki perspektivləri və “Bavariya” ilə rəqabət barədə danışıb.

Allsport.az xəbər verir ki, prezident Dortmund klubunun ötən mövsüm yaxşı nəticə göstərsə də, maliyyə imkanlarındakı böyük fərq səbəbindən çempionluq uğrunda mübarizə aparmaqda çətinlik çəkdiyini bildirib:

“Dürüst olmaq lazımdır. Ötən mövsüm Bundesliqada əla çıxış etdik və 73 xal topladıq. Əvvəllər bu nəticə çempion olmaq üçün kifayət edərdi. Bu gün isə belə deyil, çünki “Bavariya” hər şeyə dominantlıq edir. “Borussiya” olaraq biz bunun yalnız kiçik bir hissəsini dəyişə bilərik. Çünki Almaniyanın iki aparıcı klubu arasında iqtisadi baxımdan böyük uçurum yaranıb. Buna görə də illüziyalara qapılmağa ehtiyac yoxdur: “Bavariya” mütləq favoritdir”.

Həmin kateqoriyadan