- Baxış sayı: 120
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Benfika”, “Bavariya”nın yarımmüdafiəçisi Joau Palinyanın transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu ilə bağlı transferin məbləği 14 milyon avro təşkil edib.
Müqavilədə 5 milyon avro bonusun da nəzərdə tutulduğu bildirilir.
Palinya 2024-cü ildən “Bavariya”da çıxış edirdi. O, 2025/26 mövsümünü icarə əsasında “Tottenhem”də keçirib.