- Baxış sayı: 26
- 26 Avqust 2026 23:53
- Baxış sayı: 79
- Avqust 26, 2026
- 0


Fransanın PSJ klubu futbolçusu Usman Dembelenin müqaviləsinin müddətini uzatmaq istəyir.
Allsport.az xəbər verir ki, Paris təmsilçisi 29 yaşlı hücumçu ilə danışıqları davam etdirir.
Fransalı oyunçunun yeni sözləşməsi 2029 və 2030-cu ilin yayınadək nəzərdə tutula bilər.
Xatırladaq ki, Dembelenin hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. 2023-cü ildən komandada çıxış edən forvard 138 matçda 61 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2025-ci ildə “Qızıl top” mükafatını qazanıb.