- Baxış sayı: 41
- 26 Avqust 2026 11:39
- Baxış sayı: 93
- Avqust 25, 2026
- 0


UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçev titul döyüşlərində Həbib Nurməhəmmədovu niyə saniyant kimi seçdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, Maxaçev avqustun 16-da UFC-330 turnirində irlandiyalı İen Qerri ilə qarşılaşıb. O, rəqibini hakimlərin yekdil qərarı ilə məğlub edərək titulunu qoruyub.
O, bildirib ki, Həbib döyüşdən əvvəl və raundlar arasında ona vacib məsləhətlər verir:
“Həbib daim döyüşdən əvvəl ruhlandırıcı sözlər deyir. Bu sözlər səni döyüşə kökləyir və üzərindəki məsuliyyəti anlamağa kömək edir. Çünki istənilən səhvin bədəli çox ağır ola bilər. Raundlar arasında isə döyüşün gedişatını Həbib hamıdan yaxşı anlayır. Hansı raundu qazandığını, harada təzyiqi artırmalı, harada isə tempi azaltmalı olduğunu bilir. Həbibin küncdə olması çox böyük dəstəkdir”.
İslam Maxaçev peşəkar MMA karyerasında 30 döyüş keçirib və 29 qələbə qazanıb.